Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
Onun sözlərinə görə, bundan başqa, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının sərgi-ticarət mərkəzinin yaradılması haqqında” saziş və Uzunmüddətli İqtisadi Əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır.
“Sənədlər demək olar ki, hazırdır və yaxın zamanda imzalanacaqlar”, - deyə A.Ulyukayev qeyd edib.
“Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişin iyul ayında imzalanacağı gözlənilir.