Azərbaycan öz tərəfdaşları ilə birlikdə enerji siyasətinin həyata keçirilməsində böyük uğurlar qazanıb. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı “Caspian Oil & Gas 2014” sərgi və konfransında çıxışı zamanı bəyan edib.
“Biz son illər tərəfdaşlarımızla birlikdə böyük uğurlar qazanmışıq”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev bu uğura kömək etmiş böyük dövlətlərin rolunu qeyd edib.
O deyib ki, hər il Bakıda keçirilən enerji sərgisinə maraq azalmır və builki sərgidə 400-dən çox şirkət iştirak edir.