“Muğanbank”ın Şəmkir, Salyan və Xaçmaz şəhərlərində yeni filialları fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Bankın 36 filialından 18-i regionlarda fəaliyyət göstərir.
Yeni filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunur.
“Bankın xidmət şəbəkəsinin inkişaf konsepsiyasına uyğun olaraq daha bir neçə regionda filial və şöbələrin açılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları fiziki şəxslərdir.