Azərbaycan və Rusiya Federasiyası birgə investisiya fondunun yaradılması imkanlarını müzakirə edirlər. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev çərşənbə axşamı Bakıda Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə görüşdə bildirib.
“Biz Rusiya Birbaşa İnvestisiyalar Fondu və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə birgə investisiya fondunun yaradılması məsələsini müzakirə etdik”, - deyə A.Ulyukayev qeyd edib.
Onun sözlərinə görə, fond vasitəsi ilə qarşılıqlı faydalı layihələrə birgə sərmayə qoyuluşları mümkün olacaq.
“Qarşılıqlı investisiya və mal dövriyyəsinin artımına stimul verən kənd təsərrüfatı, qida sənayesi, logistika, nəqliyyat sistemləri kimi sahələrə sərmayə qoymaq lazımdır”,- deyə nazir bildirib.
A.Axundov