Çərşənbə axşamı Suriyada keçirilən prezident seçkilərində indiki dövlət başçısı Bəşər Əsəd səs verib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat verir.
Məlumata əsasən, B.Əsəd Dəməşqin mərkəzindəki seçki məntəqələrindən birində səs verib.
B.Əsədlə yanaşı, prezident postu uğrunda parlamentin deputatı Mahir Abdul Hafiz Həcər və sabiq nazir Həsən Abdulla ən-Nuri mübarizə aparırlar.