Mayın 31-nə olan vəziyyətə görə, 2014-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6,6% - $15 mlrd. 91,3 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Bununla yanaşı, cari ilin may ayında AMB-nin valyuta ehtiyatları $220,2 mln. və ya 1,48% artıb.
2013-cü ildə AMB-nin valyuta ehtiyatları 21% artıb.