Milli Məclisin deputatı Qənirə Paşayeva Parisdə Qadınların Qlobal Sammitində iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə Q.Paşayeva iyunun 4-dən 7-dək Fransada səfərdə olacaq.
Tədbir “İqtisadiyyatın və cəmiyyətin yeniləşməsində qadınların rolu” mövzusuna həsr olunub.
Yığıncaqda qadınların ölkənin ictimai-siyasi həyatında iştirakı, idarəetmə sahəsində fəaliyyət imkanlarının genişləndirilməsi, onların yaşayış şəraitinin, rifah halının yaxşılaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Sammitdə İspaniya, Polşa, Çin, Vyetnam, Cənubi Afrika və bir çox digər ölkələrin nümayəndələri də iştirak edəcəklər.