Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Rusiyanın Zavoljsk şəhərində keçirilmiş görkəmli astronom F.Bredixinin xatirəsinə həsr olunmuş konfransda iştirak edib.
AMEA-nın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, alim konfransda elmi məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində Azərbaycan və Rusiya astronomları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Görkəmli elm xadiminin yaradıcılığının daha dərindən araşdırılması, Zavoljsk şəhərində astronomiya-turizm mərkəzinin yaradılması məqsədilə Bredixin təqaüdünün təsis olunması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.
A.Zeydullayeva