5 ay ərzində Azərbaycanda 1400 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində 1254 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 123 nəfər, ümumilikdə 1377 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib.
Bərpa-müalicə prosedurlarından sonra həmin uşaqlardan 115 nəfərinin səhhətində yaxşılaşma, 1256 nəfərinin səhhətində nisbi yaxşılaşma qeydə alınıb.
R.Babayev