Çərşənbə axşamı Suriyada keçirilən prezident seçkilərində seçicilərin 89%-i indiki prezident Bəşər Əsədə səs verib. Bu barədə cümə axşamı Britaniyanın BBC teleradioyayım korporasiyası məlumat verir.
Suriyanın Konstitusiya Məhkəməsi bildirib ki, çərşənbə axşamı keçirilən prezident seçkilərində ölkə əhalisinin 73%-i səs verib.
Səsvermədə ölkədə və onun hüdudlarından kənarda yaşayan 11 milyon suriyalı iştirak edib.