2014-cü il mayın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd. 9,5 mln. manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytlnda məlumat verilir.
Xəbər verildiyi kimi, 2014-cü il yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, Azərbaycan bankları yanvar-aprel aylarında aktivləri 8% artırıblar.
AMB-nin məlumatına görə, 1 may 2014-cü il tarixinə bankların kredit qoyuluşları 15 mlrd. 775,6 mln. manat (cari ilin yanvar-aprel aylarında artım 5,2% - İF-Az), məcmu kapitalı 3 mlrd. 605,4 mln. manat (artım 5,2% - İF-Az) təşkil edir.
May ayının əvvəlinə olan vəziyyətə əsasən, banklar əhalidən 6 mlrd. 569,9 mln. manat (artım 2,7% - İF-Az) məbləğində əmanət cəlb ediblər.
A.Əzizov