Bakının mərkəzində, “Azadlıq” prospektində “Volvo” markalı avtomobil iki nəfəri vurub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat verir.
Hadisə çərşənbə günü səhər saatlarında baş verib. 77 yaşlı kişi və onun 72 yaşlı həyat yoldaşnı maşın vurub. Kişi hadisə yerində həlak olub, qadın Travmatologiya İnstitutuna yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
F.Hüseynzadə