İyunun 3-də İçərişəhərdə “Bizim sevimli şəhərimiz” mövzusunda sərgi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi “Arxeoloji park”da Müasir İncəsənət Muzeyinin, “YARAT!” Müasir İncəsənət Məkanının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Da`ART” təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə açılıb.
Sərgidə 5-13 yaş arası uşaqların 300-dək işi, o cümlədən rəsm, batik, kukla, əllə naxış qoyulmuş boşqablar, rəsmlər və digər əl işləri nümayiş olunub.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin ifasında konsert təqdim olunub.
Sonda uşaqlara hədiyyələr təqdim edilib.
A.Zeydullayeva