Bişkek Bakı ilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Rəsmi KİV-lərin cümə axşamı verdiyi məlumata görə, bu barədə Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşdə bəyan edib.
A.Jeenbekov iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
H.Orucov Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclasına hazırlıqdan söhbət açıb, iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da yüksəldilməsinin vacibliyini qeyd edib.
R.Babayev