Azərbaycanın Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatına (APSCO) üzv ola bilər. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov APSCO-nun baş katibi Celal Ünver və baş direktoru Murat Yaşar Bayrakla görüşdə Azərbaycanın Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatına sözügedən təşkilata üzvlüyü məsələsini müzakirə edib.
Görüşdə qeyd edilib ki, üzvlük prosedurunu əks etdirən müvafiq sənədlər ölkəmizə təqdim edildikdən və yerli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra üzvlük məsələsinə baxılacaq.
Mənzil qərargahı Pekində yerləşən APSCO 2005-ci ildə fəaliyyətə başlayıb. Onun üzvləri Çin, Banqladeş, İran, Monqolustan, Pakistan, Peru və Tailanddır. Bundan başqa, təşkilatın konvensiyasını İndoneziya və Türkiyə imzalayıb.
A.Axundov