Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 10-dan çox adam yaralanıb.
“Təcili Yardım Stansiyasına 12 nəfərin xəsarət alması barədə məlumat daxil olub, onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib”, - deyə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə yaralılar arasında uşaq yoxdur.
“Xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır”, - deyə həkim bildirib.
A.Zeydullayeva