2014-cü ildə Azərbaycanda neft hasilatı 41,2 mln. ton, qaz hasilatı 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu barədə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov cümə axşamı “Caspian Oil&Gas” konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda 43,5 mln. ton neft və 29,5 mlrd. kubmetr qaz hasil edilib.
R.Qurbanov bildirib ki, 2014-cü ildə ARDNŞ üzrə neft hasilatı 8,4 mln. ton, qaz hasilatı 7 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. 2013-cü ildə şirkət 8,3 mln. ton neft və 7,1 mlrd. kubmetr qaz hasil edib.
Şirkətin bu il hasil edəcəyi neftin ümumi həcmindən 6,7 mln. ton emala, 1,65 mln. ton ixraca göndəriləcək.
SOCAR-ın 2014-cü ildə hasil edəcəyi qazın ümumi həcmindən 5,3 mlrd. kubmetr "Azərenerji" ASC-yə veriləcək, 1 mlrd. kubmetr isə Gürcüstana ixrac ediləcək.