Azərbaycan Respublikasının fövqəladə hallar naziri pakistanlı gəncləri mülki müdafiə və yanğınsöndürmə sahələrində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almağa dəvət edir.
K.Heydərov dünən Qəbələdə keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri Muhammad Saeed Aleem ilə görüşdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ölkələrimizin müvafiq qurumları arasında faydalı əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu qeyd edib.
Öz növbəsində pakistanlı nazir K.Heydərovun təkliflərini yüksək qiymətləndirərək, rəhbərlik etdiyi qurumun Azərbaycan FHN ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirib.
R.Babayev