Bu il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında 70 mindən çox şagird iştirak edəcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü mətbuat konfransında məlumat verib.
Ölkə məktəblərində buraxılış imtahanları iyunun 8-də keçiriləcək.
İmtahanlarda ümumilikdə 70,706 min şagirdin iştirak edəcəyi gözlənilir.
Saat 10.00-da IX sinif şagirdləri, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Buraxılış imtahanlarının keçirilməsi üçün Bakıda 64, Sumqayıtda 7 və Abşeron rayonunda 6 olmaqla 77 imtahan mərkəzi ayrılıb.
“Həmin gün imtahanlarda Bakı məktəblərindən 23,755 min, Sumqayıt məktəblərindən 3,359 min, Abşeron məktəblərindən 1,881 min şagirdin iştirakı gözlənilir”, - deyə M.Abbaszadə bildirib.
Onun sözlərinə görə, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala və Balakən rayonlarının hər birində rus bölməsinin şagirdlərinin imtahan verməsi üçün 1 mərkəz təşkil ediləcək.
İyunun 8-də bu şəhər və rayonlarda keçiriləcək imtahanlarda 1605 nəfər IX sinif şagirdi və 1365 nəfər XI sinif şagirdi iştirak edəcək.