2014-cü ilin may ayında Azərbaycanda deflyasiya aprel ayı ilə müqayisədə 0,8% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Ay ərzində buğda unu, qarabaşaq yarması, mal və toyuq əti, balıq və balıq məhsulları, pasterizə olunmamış üzlü süd, qatıq, şor, yumurta, banan, alçanın, çiyələk, kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, soğan, sarımsaq, kartof, qurudulmuş üzüm, qurudulmuş xurma və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə olunub
Düyü, makaron və vermişel, kərə yağı, zeytun yağı, limon, alma, armud, şabalıd, çuğundur və kökün qiymətləri isə bahalaşıb.
Azərbaycan hökuməti 2014-cü ildə orta illik inflyasiyanı 3,5% səviyyəsində proqnozlaşdırır.
2013-cü ilin yekunları üzrə orta illik inflyasiya 2,4% təşkil edib.
N.Abbasova