Cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçirilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Əmək yarmarkasında 49 müəssisə üzrə 392 boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim edilib.
R.Babayev