2014-cü il mayın 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,479 min ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Mayın 1-nə Bakıda 1 395 (artım 2,1%), regionlarda 1 084 ədəd bankomat (artım 2,7%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2014-cü ilin yanvar-aprel aylarında ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli artım müşahidə olunub. Xüsusilə mayın əvvəlinə onların sayı 42,79 min ədəd (artım 28,6%) təşkil edib.
Bununla yanaşı, Bakıda 32,613 min ədəd (artım 12,7%), regionlarda 10,177 min ədəd (artım 2,3 dəfə) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 41,227 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,3%-i quraşdırılıb.
A.Axundov