Azərbaycan və Malayziyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Anifah Aman beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
İyunun 6-da Bakıda baş tutmuş görüşdə iki ölkə arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov malayziyalı həmkarına Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verib və Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Bakının ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.
F.Hüseynzadə