Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib. Bu barədə Kanadadakı Azərbaycan səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kanadadakı Azərbaycan icmasının üzvü Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban getmiş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat verib. Vurğulanıb ki, onun qəhrəmanlığı gənclərimiz üçün örnəkdir.
Mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Y.Əliyev