SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bazar ertəsi Azərbaycanın 1, Bakının 4 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir işlərinin aparılması ilə əlaqədar səhər saatlarından axşam saat 17:00-a qədər Lənkəran rayonunun bir hissəsinə qazın verilişində fasilələr yaranıb.
Bundan başqa, səhər saat 11:00-dan saat 13:00-a qədər və 16:00-dan 18:00-a qədər Bakının Xətai, saat 11:00-dan 16:00-a qədər Sabunçu, saat 14:00-dan 16:00-a qədər Suraxanı, saat 16:00-dan 18:00-a qədər Xəzər rayonunun qaz təchizatında fasilələr yaranacaq.
N.Abbasova