Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkmənistanın paytaxtı Aşqabadda görkəmli türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Konfransın “Məxtumqulu Fəraqi və dünya ədəbiyyatı” adlanan bölməsinin iclasında 26 ölkəni təmsil edən 62 alimin məruzəsi dinlənilib. İ.Həbibbəyli bu bölmədə “Azərbaycanda Məxtumqulu yaradıcılığına baxış” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın “Məxtumqulu və ümumbəşəri-mədəni dəyərlər” adlı bölməsinin müxtəlif seksiyalarında Azərbaycan alimlərindən filologiya elmləri doktorları Ramiz Əsgər, Firuzə Ağayeva, Vaqif Sultanlı, Paşa Kərimov, elmi işçilərdən İsmixan Osmanlı, Xuraman Hümbətova və başqalarının məruzələri dinlənilib.
A.Zeydullayeva