Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanları narkotik maddələrin istifadəsində şübhəli bilinən 72 nəfəri və 6 nəfər narkotik maddə alverçisini saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrin istifadəsində şübhəli bilinən şəxslərdən ümumilikdə 36,52 qram marixuana, 23,225 qram tiryək və 11,821 qram heroin müsadirə olunub.
Polis narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 75,5 kq çətənə, 5 kq tiryək, 1,58 kq həşiş və 1,418 kq marixuana aşkarlayıb.
Bundan başqa, DİN əməkdaşları tərəfindən yabanı halda bitmiş 13 ton çətənə kolu aşkarlanaraq məhv edilib.