2014-cü il noyabrın 8-9-da S.Vurğun adına Rus Dram Teatrının səhnəsində Yefim Şifrinin “Şifrinizmlər - New” adlı solo konserti keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib. Məlumata əsasən, Y.Şifrinin yeni solo proqramı bənzərsiz yumoru və gözəl satirik monoloqları ilə fərqlənir.
““Şifrinizmlər – New” – bu, iki saat davam edəcək şənlik, gülüş bayramıdır. Y.Şifrinin konserti dostların görüşüdür – bu, həm aktyor, həm də tamaşaçılar üçün sevindirici hadisədir. Konsert zamanı tamaşaçıları Y.Şifrindən unudulmaz sürpriz gözləyir. Bu sürpriz təşkilatçılardan da sirr kimi saxlanılır”, - deyə məlumatda bildirilir.
F.Hüseynzadə