Bakıda “Yeni geosiyasi reallıqlarda müasir jurnalistika” mövzusunda Rusiya-Azərbaycan media məktəbi ikigünlük işə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Azərbaycanlı jurnalistlər üçün treninqlər keçən “Radio Rossii” proqramının siyası icmalçısı Kirill Privalov “Analitik jurnalistika, janrın xüsusiyyətlətləri” mövzusunda mühazirə oxuyub.
“RİA Novosti” agentliyinin Fransa bürosunun rəhbəri (1995-2002), jurnalist Nikolay Vixlyayev “Beynəlxalq Jurnalistika: uğurun sirləri” mövzusunda çıxış edib.
Elə həmin gün “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva tərəfindən “Birlikdə 21-ci əsrdə” kommunikasiya sahəsinin təqdimatı olacaq.
Tədbir çərçivəsində iştirakçılar Rus Kitab Evində olacaq, burada rus tarixçilərinin əsərlərinin təqdimatı keçiriləcək.
Çərşənbə günü treninqlər başqa mövzulara həsr olunacaq.
Rusiya İdman Jurnalistləri Federasiyasının vitse-prezidenti Lev Rossoşik “Soçi-2014-dən Bakı 2015-ə: beynəlxalq idman hadisələrinin işıqlandırılması”, “Rusiya-Ukrayna İnformasiya Mərkəzinin direktoru, politoloq Oleq Bondarenko “Postsovet məkanında müasir geosiyasi vəziyyət. Geosiyasi dəyişikliklər dövründə jurnalistika” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Y.Əliyev