SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
1813 nömrəli quyu 1887 saylı Stasionar Dəniz Özülündən qazılıb.
Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 30 ton neft hasilatı ilə istismara daxil edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.
N.Abbasova