11-12 iyun tarixlərində İranın Ramsar şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti, 37-ci iclası keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.