Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi tərəfindən "Beynəlxalq humanitar hüquq" mövzusunda təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sülhməramlı qüvvələrlə əlaqələri, beynəlxalq humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi və s. mövzularda məruzələr dinləniləcək.
Kurs iyunun 11-də başa çatacaq.
R.Babayev