"AccessBank" 10 mln. manat məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bankın istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 10 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 9%-dir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “Pasha Capital MMC” çıxış edəcək.
“AccessBank” 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW bankı, Access Holding və LFS Financial Systems GmbH şirkətləridir.
A.Əzizov