Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin VI sinif şagirdi Çinarə Əzimova Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında uğurla çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan konsertdə Azərbaycanla yanaşı, Belarus, Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə birgə çıxış edərək məharətlərini göstəriblər.
Beynəlxalq müsabiqələr laureatı Ç.Əzimova ötən il Estoniya və Latviyada keçirilən müsabiqələrin Qran-Pri mükafatına layiq görülüb.
A.Zeydullayeva