Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha xatırladır və 2014-cü il iyunun 8-də Cənubi Osetiyanın Tsxinvali regionunda keçirilmiş qondarma parlament seçkilərini tanımır. Bu barədə XİN-in çərşənbə günü yaydığı bəyanatda deyilir.
“Nazirlik münaqişənin mühüm həllinə nail olunması üçün danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”, - deyə bəyanatda bildirilir.
F.Hüseynzadə