“PAŞA Həyat Sığorta” Çağrı Mərkəzini istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.
Müştərilər şəhər nömrələrindən 942, mobil nömrələrdən isə (012) 942 yığmaqla bu xidmətdən istifadə edə bilərlər.
Çağrı Mərkəzi həftənin 5 günü saat 09:00-dan 18:00-dək xidmət göstərəcək.
“PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət birinci rübün yekunları üzrə topladığı sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. Şirkətin yeganə səhmdarı “Pasha Holding”dir. Nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.
2014-cü ilin yanvar-mart aylarında şirkətin sığorta haqları 9 mln. 91,802 min manat, ödənişləri 432,804 min manat təşkil edib.
A.Axundov