Mingçevir şəhərində üç nəfərin ölümünə səbəb olmuş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ötən gecə “VAZ-2106” markalı minik maşını ilə “İJ” markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü və onun iki sərnişini hadisə yerində həlak olub. Ölən sərnişinlərdən biri motosikletin sürücüsünün atasıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov