Macarıstan parlamentinin vitse-spikeri Sandor Lezak bu gün axşam Azərbaycana gəlir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Macarıstanın Bakıdakı səfiri Jolt Çutora məlumat verib.
Diplomatın sözlərinə görə, vitse-spikerin başçılıq etdiyi Macarıstan nümayəndə heyətinin səfərində məqsəd Türkdili Ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti iclasında iştirak etməkdir.
"Bakıda rəsmi görüşlər planlaşdırılmayıb. Macarıstan bu təşkilatda müşahidəçi statusu almaq niyyətindədir. Yəqin ki, indiki səfər çərçivəsində bu statusu alacaq", - deyə diplomat bildirib.
F.İsazadə