Rumıniyanın sabiq prezidenti İon İliesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Müvafiq qərar komitə nümayəndələrinin Buxarestdə İ.İliesku ilə görüşü zamanı qəbul olunub. Görüşdə Rumıniyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə gerçəkləşdirdiyi Qlobal Açıq Cəmiyyətlər Forumunu, eləcə də sabiq dövlət və hökumət baçşılarının öz təcrübəsini bölüşmək üçün imkanların yaradılmasını yüksək qiymətləndirib.
F.İsazadə