Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biridir. Bu barədə TürkPA-nın sədri, Milli Məclisin spikeri Oqtay Əsədov TürkPA-nın Bakıda keçirilən V plenar sessiyasında çıxışı zamanı bəyan edib.
“TürkPA digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və bu təşkilatların bir çoxunda təmsil olunur”, - deyə o qeyd edib.