Türkdilli Ölkələrin Parlament Assambleyası Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasını diqqət mərkəzində saxlayır. Bunu TürkPA-nın sədri, Milli Məclisin spikeri Oqtay Əsədov təşkilatın Bakıda keçirilən V plenar sessiyasında çıxışı zamanı deyib.
“Azərbaycan parlamenti beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyən sənədlər qəbul ediblər”,- deyə O.Əsədov qeyd edib.
Milli Məclisin spikeri Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Bakının mövqeyini dəstəkləyən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.
R.Babayev