İyunun 19-da Bakıda Belars və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə Belarusun Azərbaycandakı səfirliyi məlumat yayıb.
Belarus nümayəndə heyətinə bu ölkənin xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən ticari-iqtisadi, elmi, texniki və humanitar əməkdaşlıq, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi məsələləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Belarus-Azərbaycan münasibətləri müzakirə ediləcək.
Məsləhətləşmələr Belarus və Azərbaycan XİN-ləri arasında müntəzəm dialoq çərçivəsində həyata keçiriləcək.
Y.Əliyev