Zərdab rayonunda çoxlu sayda yabanı şəkildə bitmiş çətənə kolu aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxil olmuş məlumata əsasən, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları Balıqçı kəndi ərazisində ümumi çəkisi 4,307 ton olan 2900 ədəd yabanı çətənə kolu aşkarlayıblar.
Kollar polis əməkdaşları tərəfindən məhv edilib.
C.Həmidov