Kənd Təsərrüfatı Nazirliyi "Aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın ilkin variantını Prezident Administrasiyasına təqdim edib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
"Aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın ilkin layihəsi Prezident Administrasiyasına təqdim olunub”, - deyə məlumatda bildirilir.
Daha əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədova istinadən məlumat verilib ki, inkişaf strategiyasında bu və ya digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində problemlər, onların həlli yolları və gələcək perspektivlər öz əksini tapacaq.