İyunun 20-də Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan bankları və digər maliyyə institutları üçün daşınmaz əmlakla əməliyyatların kreditləşməsi mövzusunda seminar keçirəcək. Bu barədə IFC-nin məlumatında bildirilir.
Bunun üçün IFC-nin maliyyə sektorunun inkişafı üzrə eksperti Saymon Tomson iyunun 16-da Bakıya səfər edəcək.
Seminarın məqsədi ilk növbədə kiçik və orta müəssisələr arasında borcalanların sayını artırmaq məqsədilə yeni kreditləşmə üsullarının tətbiqidir.
Seminar IFC-nin Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi (ACAFI) layihəsi çərçivəsində təşkil olunur. Layihə İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) xətti ilə maliyyələşdirilir.