2014-cü ilin yanvar-may aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 8,1% - 2 mlrd. 982,1 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 48,7%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2 mlrd. 448,2 mln. manat (artım 31,9%) təşkil edib.
Yanvar-may aylarında emal sənayesinə investisiya qoyuluşları 169,8 mln. manat (azalma 58,7%) təşkil edib.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 122,3 mln. manat (artım 9,9%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 241,8 mln. manat (azalma 36,3%) investisiya qoyulub.
Bundan başqa, yanvar-may aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 483,2 mln. manat (azalma 50,4%), rabitə və informasiya sahəsinə 46,5 mln. manat (azalma 18,9%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 417,1 mln. manat (azalma 8,1%), təhsil sahəsinə 151,9 mln. manat (azalma 22,4%) investisiya qoyulub.
2014-cü ilin yanvar-may aylarında yaşayış evlərinin tikintisi sahəsinə 311,5 mln. manat (azalma 27,6%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.