SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın 9 və Bakının 6 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir işləri ilə əlaqədar saat 12:00-dək Siyəzən, saat 17:00-dək Xaçmaz, saat 18:00-dək İsmayıllı, Kürdəmir, Qazax və Göyçay rayonlarının bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulub.
Həmçinin saat 12:00-dan 14:00-dək Gədəbəy, saat 14:00-dan 16:00-dək Tərtər, saat 16:00-dan 18:00-dək Ağdam rayonlarında qaz təchizatında fasilələr olacaq.
Bakıda saat 14:00-dək Yasamal və Nərimanov, 17:00-dək Xətai və Binəqədi, 18:00-dək Qaradağ rayonlarının bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulub, saat 15:00-dan 18:00-dək isə Sabunçu rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.