2014-cü ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1 mlrd. 128,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsal həcmi 3,1 % artıb. Bununla yanaşı, 2014-cü ilin yanvar-may aylarında respublikada 174,7 min ton ət (artım 2,1%), 753 min ton süd (artım 2,8%) və 638,1 mln. ədəd yumurta (artım 12,6%) istehsal olunub.
Yanvar-may aylarında bitkiçilik məhsullarının istehsal həcmi 0,6% azalıb.
Komitənin məlumatına əsasən, respublikada yazlıq kənd təsərrüfatı bitkilərinin əkini başa çatıb. İyunun 1-nə olan vəziyyətə görə, 342,5 min hektar sahədə yazlıq bitkilər əkilib.
A.Axundov