Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olub və mərkəzin ekspozisiyasını yüksək qiymətləndirib.
“Əladır. Çox xoş təsir buraxır”, - deyə o bildirib.
S.Lavrov Mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. “Azərbaycanın Heydər Əliyevin xatirəsinə layiq təsirli tarixi”,- deyə o yazıb.