Azərbaycanın baş nazirinin müavini Əli Həsənov beynəlxalq birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə ikili standarların tətbiqində ittiham edib.
“Bu gün dünyada artıq ikili standartlar yoxdur, indi standartlar çoxşaxəli olub. İşğalçını öz adı ilə adlandrmaq lazımdır. Bilmirəm niyə xarici hüquq-mühafizə orqanları mülki əhalinin soyqırımında günahkar olan şəxsləri məsuliyyətə cəlb etmir. Xocalı həmin faktlardan biridir. Azərbaycanın onlarla rayonunda soyqırım və kütləvi qətllər törədilib”, - deyə Ə.Həsənov çərşənbə günü Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu mənada bu gün dünya Moldova ombudsmanı Aureliya Qriqoriudan nümunə götürməlidir. O, İrəvanda çıxışı zamanı Ermənistanın Azərbaycana təcavüzünü açıq şəkildə ifşa edib. “O, bütün kişilərə nümunə göstərərək həqiqəti söyləyib. Bu səbəbdən nəinki Ermənistanda, hətta bir çox ölkələrin nümayəndələri tərəfindən təzyiqə məruz qalıb”, - deyə Ə.Həsənov vurğulayıb.
“Ermənistan şovinist, inkişaf etməmiş, separatçı, özünün siyasəti olmayan dövlətdir. Azərbaycan inkişaf edən, tolerant ölkədir”, - deyə A.Həsənov qeyd edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.